Tanınmış aktyorla görüş keçirilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Mərdəkan Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış aktyor, Əməkdar Artist Vidadi Həsənov ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aktyorun həmkarlarının, teatrşünasların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə onun sənət və həyat yolundan söhbət açılmışdır.
Bildirilmişdir ki, Vidadi Həsənov 1979-cu ildən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlamışdır. 1980-ci ildə isə dram və kino aktyoru ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna qəbul olunmuş, eyni zamanda, institutun tədris teatrında aktyor kimi fəaliyyətini davam etdirmişdir.
Diqqətə çatdırılmışdır ki, V.Həsənov “Bəyin oğurlanması”, “Yalan”, “Hökmdarın taleyi” və bir çox filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada rejissoru kafedrasının dosenti olan Vidadi Həsənovun vaxtilə çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.
Sonda aktyor gənclərin suallarını cavablandırmış, onlarla xatirə şəkli çəkdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:34]
Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır
- 17.06.2026 [11:07]
Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]