Tarix Muzeyinin kolleksiyası əsasında hazırlanmış nəşrlər Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Bakı, 14 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış nəşrləri 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Muzeyin kitabxanasının, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin əməkdaşları kitabların təbliğatı və təqdimatında iştirak ediblər. Sərgidə muzeyin kataloq, kitab, albomları və digər dəyərli nəşrləri oxucuların diqqətini cəlb edib.