Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi yaddaşda əbədi həkk olunmuş şanlı Qələbə bayramı

Bakı, 9 may, AZƏRTAC

Bu gün bütün dünya, o cümlədən Azərbaycan faşizm üzərində tarixi qələbənin 75-ci ildönümünü qeyd edir. İkinci Dünya müharibəsi miqyasına və insan tələfatına görə dəhşətli bir savaş idi. 1939-cu ildə Hitler Almaniyası tərəfindən başlamış İkinci Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsində şanlı qələbə məhz həmin keçmiş SSRİ ərazisində yaşayan xalqların birgə səyi, birgə rəşadəti sayəsində qazanıldı.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Rövşən Hətəmov bu barədə fikirlərini AZƏRTAC ilə bölüşüb. O deyib: “Dünya tarixinin gedişini, onun siyasi xəritəsini, insanların və xalqların taleyini dəyişdirən İkinci Dünya müharibəsinin başa çatmasından 75 il keçir. Faşizm üzərində Qələbə Günü bu müddət ərzində məzmununu və möhtəşəmliyini hələ də qoruyub saxlamaqdadır. Qələbə qazanmaq üçün həyatlarını qurban verməyə hazır olan insanlar istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər gün fədakarlıq edərək əsl qəhrəmanlara çevrilmişdilər. Qələbə bütün xalqın birlikdə əzmkarlığı nəticəsində əldə edilmişdi.

Qələbənin 75 illik tarixi... Bu, həm də Qələbənin əldə olunmasında yer alan hər bir xalqın tarixinin bir parçasıdır. Azərbaycan bəşəriyyəti nasizmin əsarəti altına düşmək təhlükəsindən xilas edənlərin sırasında olmaqla tarixinin ən möhtəşəm səhifəsini yazmışdır. Ərazisinin miqyası və əhalisinin sayına görə dünya miqyasında elə də böyük dövlət olmayan Azərbaycan müharibədə Qələbənin əldə edilməsinə bütün maddi və insan resursları ilə böyük töhfələr verib.

Almaniyanı SSRİ-yə qarşı müharibəyə başlamasına təhrik edən ən mühüm amillərdən biri Bakı neftinin əldə edilməsi istəyi olub. Neft müharibə dövründə, sadəcə, bir məhsul olmamış, eyni zamanda, hərbi əməliyyatların aparılması və onların uğurunun təmin edilməsi üçün mühüm zəmin rolunu oynayıb. Məhz buna görədir ki, 1939-1945-ci illərdə Bakı şəhərinin və onun neft mədənlərinin məhv edilməsi vuruşan dövlətlərin bəzilərinin siyasi-hərbi dairələrində müzakirə olunub. II Dünya müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Sovet İttifaqının ən mühüm arxa cəbhələrindən birinə çevrildi. Müharibə illərində sovet ordusunun sərf etdiyi 17 milyon ton neft məhsullarının 13 milyon tondan çoxu Azərbaycanda istehsal edilib. Bu dövrdə SSRİ-də hasil olunan neftin 75 milyon tonunu Azərbaycan verib. Bakının neft emalı zavodlarında istehsal olunan 1 milyon tondan artıq yüksək oktanlı təyyarə benzini hərbi əməliyyatların gedişində sovet hərbi aviasiyasının səmada üstünlüyünü təmin edib. Sovet ordusunda hər 5 təyyarə, tank və avtomobilin 4-ü Bakıda istehsal olunan benzin ilə çalışırdı. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan cəbhədəki sovet ordularının həyata keçirdikləri ən mühüm hərbi əməliyyatlarında onları kifayət qədər neft məhsulları ilə təchiz edib. Alman faşist qoşunları Azərbaycan sərhədlərinə doğru sürətlə yaxınlaşdıqları və SSRİ hökumətinin Bakıdan bütün neft qazma avadanlıqlarını, kadrları və neft maşınqayırması zavodlarının bir hissəsini Volqa çayından şərqdə yaratmağa çalışdığı “İkinci Bakıya” daşıdığı dövrdə belə Azərbaycan neftçiləri ölkə qarşısında öhdəliklərini vaxtında və artıqlaması ilə yerinə yetiriblər. Sovet sərkərdələrinin Azərbaycan neftinin müharibədə qələbəyə verdiyi əvəzedilməz töhfəsi haqqında dəyərli fikirləri xalqımızın əzmkar fəaliyyətinə verilən qiymət hesab edilə bilər.

Bakının alman qoşunları tərəfindən işğal ediləcəyi təqdirdə müharibənin gedişində SSRİ-yə sarsıdıcı və həlledici zərbə vurulacağı şübhəsiz idi. Alman qoşunlarının 1942-ci ilin yazından etibarən başladıqları hərbi əməliyyatın son hədəfi kimi Bakı müəyyən edilmişdi. Alman kəşfiyyat təyyarələri 1942-ci ilin mayından etibarən Bakının səmasına soxulmağa başlamışdı. Onlar şəhərin müdafiəsi ilə yanaşı, Azərbaycanın digər sənaye mərkəzlərinin müdafiəsi haqqında müfəssəl foto-məlumatlar toplamışdılar. Lakin Almaniyanın tankları Qafqaz dağları ətəkləri yaxınlığında yanacağın qurtarması səbəbindən dayanmalı oldular. 1942-ci ilin yayın sonlarında da Avropanın ən yüksək dağ zirvəsinə çıxan alman döyüşçüləri fürerləri üçün “edelveys”i - nefti əldə edə bilmədilər.

Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə milli diviziyalardan geniş istifadə olunması Böyük Vətən müharibəsinin tarixində nadir hadisə idi. Alman faşist ordularının işğalı altında qalmış sovet ərazilərində təqribən 6 milyon nəfər hərbi mükəlləfiyyətli qaldığı üçün sovet ordularının yeni kontingent ilə təmin olunması əsas etibarilə Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların üzərinə düşürdü. Azərbaycandan orduya çağırılmış döyüşçülərdən 77-ci, 402-ci, 223-cü, 416-cı və 271-ci milli atıcı diviziyalar təşkil olunmuşdu. Bir sıra hərbi birliklərdə - 217-ci, 227-ci və 151-ci atıcı diviziyalarda isə azərbaycanlılar şəxsi heyətin əksər hissəsini təşkil edirdilər. 1939-cu ilədək azərbaycanlıların əksəriyyətinin hərbi xidmətdən kənarda qalması onları döyüş bacarıqlarına malik olmaqdan məhrum etdiyi üçün hərb elminin əsaslarını səngərlərdə öyrənməli olurdular. Bu isə öz növbəsində, azərbaycanlı döyüşçülər arasında çoxlu itkilərə səbəb olurdu. Döyüşlərdə göstərdikləri rəşadət və cəsarətə baxmayaraq bir çox hallarda azərbaycanlı döyüşçülərin dövlət təltifləri ilə mükafatlandırılması komandanlıq tərəfindən “unudulur”, ya da başqalarına nəsib olurdu. Lakin azərbaycanlılar harada vuruşmaqlarından asılı olmayaraq cəbhənin müdafiə xəttini, eyni zamanda, Azərbaycanın da müdafiə xətti kimi dəyərləndirirdilər.

1941-ci ilin iyununda sayı 3,3 milyon nəfər təşkil edən Azərbaycan əhalisinin 1,2 milyon nəfəri hərbi səfərbərlik üçün müəyyən edilmiş 20-50 yaşlarında olduğu üçün müharibənin ilk həftəsində 40 min nəfər könüllü olaraq orduya səfərbər olundu. 1941-1945-ci illərdə Azərbaycandan ordu və donanmaya səfərbər olunan 640 min nəfərdən (əhalinin 19,4 faizi) 350 mindən çoxu, yəni səfərbər olunanların 54,7 faizi müharibədən qayıtmadı. Respublika əhalisi, həmçinin yerli hərbi birləşmələrdə xidmət edirdilər. Təqribən 200 min nəfər xalq qoşunlarına daxil olmuşdu. Qırıcı batalyonlarda və onlara yardım qruplarında 40 min nəfər, hava hücumundan yerli müdafiə dəstələrində isə 15 min nəfər xidmət edirdi. Hərbi səfərbərliyin geniş miqyas alması Azərbaycanın demoqrafik vəziyyətinə mənfi təsir göstərdi. 1944-cü il yanvarın 1-nə olan məlumata görə, respublika əhalisinin sayı 2,9 milyon olduğu halda, 1946-cı ildə bu rəqəm 2,7 milyon oldu. Azərbaycan əhalisinin müharibədən əvvəlki səviyyəyə çatması yalnız 1955-1956-cı illərdə mümkün oldu.

Azərbaycanın xalq təsərrüfatı tamamilə müharibə şəraitinin tələblərinə müvafiq şəkildə qurulmuşdu. Bakının sənaye müəssislərində 130-dan çox adda silah-sursat və hərbi texnika növləri istehsal olunurdu. Respublikanın kənd təsərrüfatı əhalisi dövlət tərəfindən müəyyən edilmiş yüksək normalı tapşırıqları yerinə yetirirdilər. İstehsal olunan kənd təsərrüfatı məhsulları - taxıl, ət, süd, yağ və s. son qramınadək cəbhənin ehtiyaclarına yönəlirdi. Hətta məktəblilər və təqaüdçülər ölkənin qələbəyə doğru inamlı addımlar atması üçün üzərlərinə düşən öhdəlikləri fədakarlıqla yerinə yetirirdilər. Respublika əhalisi Müdafiə fonduna dəyəri yüz milyon manatlar ilə ölçülən yardım göstərmiş, tank kolonları və təyyarə eskadrilyası, həmçinin zirehli qatarın istehsalı üçün vəsait toplamışdı. Bu, Vətənin azadlığının və xalqın şərəfinin müdafiə olunması məqsədilə aparılan əsl ümumxalq mübarizəsi idi.

Zaman ötür, həmin möhtəşəm Qələbə günündən bizi artıq 75 il ayırır, bu dəhşətli müharibənin qanlı-alovlu günlərini öz gözləri ilə görmüş veteranların sıraları seyrəlir. Təəssüflər olsun ki, onların özlərindən sonrakı nəsillərə ötürdükləri mirasın qorunub saxlanılması mümkün olmadı. Bir vaxtlar azğın düşmənə qarşı səngərdə çiyin-çiyinə vuruşanların nəvələri və nəticələri postsovet məkanında gedən müharibələrdə və münaqişələrdə həyatlarını itirməkdədirlər. Nasizmi beşiyində məhv edənlərin bəzilərinin varisləri onun mənfur ideologiyasının ehkamlarını özlərinə bayraq edərək qonşu xalqlara qarşı etnik təmizləmə siyasəti aparır, yaşayış məntəqələrini və mədəniyyət abidələrini məhv edirlər. Təəssüflər olsun ki, alman nasistlərinin də həsəd apara biləcəkləri bu vəhşiliklər nasizmə qalib gəlmiş xalqların laqeyd münasibəti səbəbindən daha geniş miqyas almağa başlamışdır.

Qələbə Günü nəsilləri birləşdirən bayramdır. Biz tariximizi xatırlayır və onunla fəxr edirik! Bizim borcumuz özünü birliyi və mütəşəkkilliyi, zəhmətsevərliyi və fədakarlığı, Vətənə hədsiz məhəbbəti ilə ölkənin sülh, azadlıq və istiqlaliyyətini təmin edən xalqın şücaəti haqqında xatirəni qoruyub saxlamaqdır.

İkinci Dünya müharibəsində həlak olan babaların və onların Qarabağda döyüşlərdə şəhid düşən oğul və nəvələrinin əziz xatirələrini dərin ehtiramla yad edirik.

Qələbə bayramınız mübarək, əziz qaliblər və onların qələbə arzusu ilə hər zaman özlərini döyüş meydanına atmağa hazır olan varisləri!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kür” bu gün “APOEL” klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib