TARLALARIMIZDA YAPON QRANTI İLƏ ALINMIŞ TEXNİKA İŞLƏYİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, lazımi texnikanı almaq üçün Yaponiya hökuməti Azərbaycana qrant ayırır. Həmin vəsait hesabına alınmış taxılyığan kombayn, traktor, kotan, mala, taxılsəpən fermerlərə 4 il müddətinə icarəyə verilir. Hazırda respublikanın bölgələrində 65,1 milyard manatlıq 773 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. Bu texnika 43 rayonda 307 hüquqi və fiziki şəxsə icarəyə verilmişdir. İndi əsas məqsəd “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanına əməl edərək yerlərdə texniki servis mərkəzlərinin təşkilini tezləşdirmək, fermerlərin texnika ilə daha böyük həcmdə təmin edilməsinə nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]