TAXIL BOLDUR, DƏYİRMAN DA TİKİLDİ
Qax rayonunun İnqiloy Kötüklü kəndində yeni dəyirman tikilib istifadəyə verilmişdir. Gündəlik dənüyütmə gücü 10 tona çatan dəyirmanda müasir avadanlıqlar quraşdırılmışdır. Dəyirmanın xidmətindən qonşu kəndlərin sakinləri də istifadə edirlər. Kənd bələdiyyəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu mövsümdə taxıl sahələri də xeyli genişlənmiş, bol məhsul yetişmişdir.