Tbilisidə “Baharın rəngləri” adlı sərgi açılıb
Tbilisi, 13 aprel, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Baharın rəngləri” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə muzeydə fəaliyyət göstərən rəsm dərnəyində çalışan balaca fırça ustalarının 100-dək əl işi nümayiş etdirilir.
Sərginin açılışında Azərbaycan səfirliyinin əməkdaşları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ekspozisiyada yer alan balacaların fırça, karandaş və yağlı boya ilə işlədikləri rəsmlər maraqla izlənilib.
Muzeyin rəhbərliyi və münsiflər heyətinin qərarı ilə fərqlənən uşaqlar diplom və fəxri fərmanlarla mükafatlandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi