Tbilisidə Bayaq Gününə həsr olunmuş fləşmob keçirilib
Tbilisi, 9 noyabr, AZƏRTAC
Bu gün Tbilisidə 9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) təşəbbüsü və M.FAxundzadə adına Azərbaycan Nədəniyyəti Muzeyinin dəstəyi ilə baş tutub.
Fləşmobda Aİ-nın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Şərq Tərəfdaşlığı Məktəbi”nin Azərbaycanlı tələbələri, Gürcüstan Ali məktəblərində təhsil alan soydaşlarımız, eləcə də ictimai fəal gənclər iştirak ediblər.
Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutmuş gənclər Tbilisinin mərkəzi küçələrindən keçərək Azərbaycan səfirliyinə qədər yürüş ediblər.
Qeyd edək ki, aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” və s. şüarlar səsləndirib, Qarabağa aid mahnılar ifa ediblər.
Aksiya paytaxt sakinlərinin marağına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi