TBİLİSİDƏ MDB ÖLKƏLƏRİ BAŞ PROKURORLARININ İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 17-də MDB ölkələri Baş prokurorları əlaqələndirmə şurasının iclası keçiriləcəkdir.
İclasda 10 ölkədən nümayəndə heyəti iştirak edəcəkdir. Burada insan oğurluğuna qarşı birgə mübarizə tədbirləri, insan, insan orqanları və hüceyrələri ilə alver, qanunsuz mühacirət əleyhinə mübarizə məsələləri, cinayətkarlıqla mübarizə üzrə hərəkət planı müzakirə olunacaqdır. Prokurorlar terrorizm və ekstremizmin digər təzahürlərinə qarşı mübarizənin nəticələrinə yekun vuracaq, narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsi əleyhinə mübarizə proqramına qiymət verəcək, birgə hərəkət planı işləyib hazırlayacaqlar. Bu sahələrdə əməkdaşlıq haqqında birgə sənədlərin qəbul olunması planlaşdırılmışdır.
Baş prokurorların daimi fəaliyyət göstərən orqanının iclası ildə iki dəfə keçirilir. Gürcüstanda həmin iclas ilk dəfə 1997-ci ildə keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]