Tbilisidəki Azərbaycan mədəniyyət muzeyinin direktoru ilin mədəniyyət işçisi adına layiq görülmüşdür
Tbilisi, 18 noyabr (AZƏRTAC). “Əsrin ziyalıları” ictimai-siyasi birliyi Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevanı ilin mədəniyyət işçisi adına layiq görmüşdür.
Birliyin üzvü Qüdrət Kazımova mükafatı təqdim etmişdir. O bildirmişdir ki, L.Əliyeva qısa vaxt ərzində muzeydə yaradılmış səliqə-sahmana, yüksək təşkilati işlərə və Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə barəsində müxtəlif maraqlı sənədlərin toplanmasında xidmətlərinə görə bu ada layiq görülmüşdür.
Tədbirdə iştirak edən Xəzər Universitetinin professoru Əli Hüseynov, alim Vaxtanq Toradze, fəlsəfə elmləri doktoru Raisa Robakidze və başqaları birliyin çox layiqli seçim etdiyini vurğulamışlar.
Sonda L.Əliyeva əməyinə verilən qiymətə görə minnətdarlıq etmiş, muzeyin Azərbaycan və gürcü xalqlarının dostluq mərkəzinə çevrilməsi, Gürcüstanda böyük mütəfəkkir M.F.Axundzadənin adının əbədiyaşar olması üçün bundan sonra da var gücünü sərf edəcəyini bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]