Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Muzeyin direktoruna “İncəsənət kahini” mükafatı təqdim edilib
Bak, 8 aprel, AZƏRTAC
Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini Mixeil Qiorqadze Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, M.Qiorqadze muzeyin direktoru Leyla Əliyevaya gürcü mədəniyyətinin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfəyə görə nazirliyin “İncəsənət kahini” mükafatını təqdim edib.
Qeyd edək ki, Leyla Əliyeva Gürcüstanda belə yüksək mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.