TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləyəcəklər
Bakı, 6 fevral, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.
AZƏRTAC “secki-2024.az” saytına istinadla xəbər verir ki, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüşləri nəzərdə tutulub.
TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də seçkiləri izləyəcəklər.
Nümayəndə heyətinin səfərinin müddəti fevralın 8-dək planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]