Teatr Muzeyində tədbir – İstiqlala doğru
Bakı, 24 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “İstiqlala doğru” adlı tədbir keçirilib.
Teatr Muzeyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra muzey əməkdaşı müstəqillik tariximizdən bəhs edən mühazirələrlə çıxış ediblər.
Konsert proqramından ibarət olan bədii hissədə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Vüqar Hacıyev və tələbələrinin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş musiqi nömrələri səsləndirilib.