Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT XƏBƏRLƏRİ

Avstraliyanın Molekulyar Genetika Mərkəzinin və Adelaida Universitetinin alimləri belə bir qənaətə gəlmişlər: beyin zədəsi olan adamlarda zədələrin bərpası üçün onların öz sinir kötük hüceyrələrinin dirçəlməsi imkanı meydana gələ bilər. 

Onlar bir sıra kompleks eksperimentlər əsasında cəsarətlə təsdiq edirlər ki, kötük hüceyrələrinin miqrasiyasını zədə yerinə doğru istiqamətləndirən “yönəltmə mexanizmi” aşkarlamışlar. Bu, insan beyninin regenerasiyaya qadir olmaması haqqında çoxdan kök salmış fikri təkzib edir.

İTAR-TASS-ın verdiyi xəbərə görə, neyrocərrahiyyə sahəsində mütəxəssis Saymon Kobların fikrincə, hazırda təcrübə heyvanları üzərində aparılan tədqiqatlar nəticə etibarilə insanlarda nəinki kəllə zədələrini, həm də Parkinson xəstəliyini və insultu müalicə etməyə imkan yaradacaqdır. “Yönəltmə mexanizmi” xəstənin özünün orqanizmindən götürülən kötük hüceyrələrini beynin zədələnmiş hissələrinə doğru ötürərək, onu bərpa edəcəkdir. Bu, qopub ayrılma prosesini istisna edir ki, o da, öz növbəsində, beyinə immun preparatları yeridilməsi zəruriliyini aradan qaldırır. Belə üsuldan müəyyən dərəcədə insan orqanizminin özü istifadə edir. İnsultdan sonra xəstələrdə nitqin və hərəkətin qismən bərpa olunması kimi kifayət qədər geniş yayılmış hallar buna sübutdur. İndi vəzifə kötük hüceyrələrinin köməyi ilə bu mexanizmi stimullaşdırmaqdan ibarətdir. Lakin, Saymon Kobların dediyinə görə, bu vəzifənin əməli surətdə həlli üçün hələ təxminən 10 il vaxt gərəkdir.

X X X

Yaponiya Dietoloqlar Cəmiyyəti həmvətənlərə müraciət edərək, onları tərkibində çox bitki yağları olan ərzaqla az qidalanmağa çağırmışdır. Alimlər təsdiq edirlər ki, mayonezə, kartof çipslərinə və xüsusən də bitki yağına aludəlik xərçəng şişi və miokard infarktı əmələ gəlməsinə səbəb ola bilər.

Həmin məhsulların tərkibində böyük miqdarda olan linol turşusunun çoxluğu təhlükəlidir. Bu turşu normal dozada nəinki zərərsizdir, hətta lazımdır, çünki qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. Yaşlı adam üçün gündəlik norma 7 qramdır, lakin, yaponların apardıqları tədqiqatların nəticələrinə görə, əgər həmin hədd keçilsə, onda turşu insan orqanizminə əks təsir göstərməyə başlayır. Maddələr mübadiləsi prosesində təhlükəli komponentlərə çevrilir və bunlar da xərçəng, ürək xəstəlikləri, allergiya daxil olmaqla, müxtəlif fəsadlarla nəticələnə bilər.

Milli Səhiyyə və Pəhriz İnstitutunda aparılmış eksperimentlərin yekunları göstərir ki, gündəlik yeməyində çoxlu linol turşusu olan xəstələrdə ürək-damar sistemi xəstəliklərinin əlamətləri ondan daha az istifadə edənlərdəkinə nisbətən üç dəfə artıqdır.

Dietoloqlar tələb edirlər ki, südəmər uşaqlar üçün qidada linol turşusunun miqdarı ana südündəki qədər olmalıdır. Onlar istehsalçıları bu məhsulların tərkibində nə qədər linol turşusu olduğunu etiketlərdə göstərməyə çağırırlar.

X x x

İnciklik nədir və o, insanın harasında yaşayır? Nə üçün bəziləri incikliyi daha asanlıqla bağışlayırlar? Məruz qaldığı incikliyi unuda bilməyən insanın daxilində nələr baş verir?

Sanki, bütün bu sualların cavabları ancaq mənəviyyat sahəsinə aiddir. Lakin, tədqiqatlar göstərir ki, insanlar öz incikliklərini ürəyinə salmağa və onlara edilmiş pislikləri bağışlamamağa nə qədər meylliddirlərsə, bu, onların sağlamlığı üçün bir o qədər kədərlidir.

“Los-Anceles tayms” qəzeti yazır ki, psixoloq Loren Tussen bağışlamaq bacarığı ilə insan səhhətinin vəziyyəti arasındakı qarşılıqlı əlaqəni öyrənməklə çoxdan məşğuldur. Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutunda xanım Tüssenin qrupu ötən il əyani şəkildə nümayiş etdirmişdir ki, incikliyi asanlıqla unudanlarda psixoloji problemlər az olur və onlar kin saxlayanlardan fiziki cəhətdən daha sağlam olurlar. Tədqiqat həmçinin göstərmişdir ki, qadınlar incikliyi daha asanlıqla bağışlayırlar - onların 54 faizi “ürəyi yumşaqlar” kateqoriyasına aiddir. Kişilərin 49 faizi bu kateqoriyaya düşür. İncə məxluq nümayəndələri kiminsə xətrinə dəyəndə də daha tez üzr istəyirlər. Tədqiqatda iştirak etmiş qadınların 48 faizi demişdir ki, kimisə küsdürdükdə üzrxahlıq etməyə çalışırlar. Kişilərin yalnız 37 faizi buna qadir olmuşdur. Tədqiqatda cəmi 1423 adam iştirak etmişdir.

İTAR-TASS xəbər verir ki, Tussenin tədqiqatı bundan əvvəl başqa alimlərin əldə etdikləri qənaətləri təsdiqləyir. Məsələn, Şimali Karolina Universitetində 2000-ci ildə aparılmış tədqiqat göstərmişdir ki, qəzəbləndirilmiş adamlarda ürək tutmasının mümkünlüyü üç dəfə yüksəkdir. Mütəxəssislər belə güman edirlər ki, stress zamanı əmələ gələn hormonlar arteriyalarda trombların (qan laxtalarının) yaranmasına təkan verə bilər.

X x x

Osakadan olan bir qrup yapon alimi kariyesin inkişafını ilkin mərhələlərdə, hələ adi gözlə görünmədiyi vaxtda müəyyən etməyə imkan verən qeyri-adi bir üsul işləyib hazırlamışdır. Onların bu yeniliyi fizikanın belə bir məşhur pirinsipinə əsaslanır ki, müxtəlif səthlər işığı müxtəlif cür əks etdirir.

Kariyesi dişin üst qatına yığılan və emalı dağıdaraq onu kalsiumdan məhrum edən bakteriyalar törədir. Alimlər çoxsaylı təcrübələr nəticəsində müəyyən etmişlər ki, əgər dişin üst qatına yaşıl işıq salınarsa, rəng çalarlarının fərqinə əsasən, orada dağıdıcı mikroorqanızmlərin olub-olmadığını müəyyən etmək olar. Onun sağlam hissəsi açıq sarı rəngdə olacaq, zədələnmiş hissəsi isə işığı pis əks etdirdiyindən daha tünd olacaqdır. Dişin üstündəki bakteriyalar koloniyası daha çox və “köhnə” olarsa, həmin sahə alimlərin hazırladıqları cihazın ekranında daha qaranlıq görünəcəkdir.

Tədqiqatlara rəhbərlik edən professor Kambara demişdir: “Biz təbabət tarixində ilk dəfə olaraq kariyesə onun ən ilkin mərhələsində diaqnoz verə bildik”. Onun sözlərinə görə, dişlərin bütün müayinə prosesi cəmi bir neçə dəqiqə çəkir və təzəcə yaranmağa başlayan oyuqların ölçüsünü və dərinliyini müəyyən etməyə imkan verir. Professor iddia edir ki, onun komandasının işləyib hazırladığı metodika hazırda dünyada ən qabaqcıl metodikadır və öz səmərəliliyinə görə lazerin tətbiq olunduğu diaqnostikanı xeyli üstələyir.

İTAR-TASS-ın verdiyi xəbərə görə, alimlər belə hesab edirlər ki, həmin dövrdə diş qarşısıalınmaz dəyişikliklərə məruz qalmağa macal tapmadığından, zədələnmiş yeri tərkibində ftor olan preparatlarla təmizləməklə kariyesin inkişafının qarşısını almaq mümkün olacaqdır.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO