“Təbəssüm” rəqs qrupu Kiyevdə beynəlxalq xeyriyyə festivalında Azərbaycanı təmsil edəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 27-dən 29-dək Kiyev şəhərində “Paytaxt günləri” çərçivəsində “Günəşli şabalıd” II Beynəlxalq xeyriyyə festivalı keçiriləcəkdir.
Ukraynanın “Vitaminlər” rəqs qrupunun təşkilatçılığı ilə keçiriləcək festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının “Təbəssüm” rəqs qrupu təmsil edəcəkdir.
Musiqili Komediya Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kiyev şəhər meriyasının rəsmi tədbirləri silsiləsinə, həmçinin “Paytaxt günləri” proqramına daxil edilmişdir.
Yeri gəlmişkən, “Təbəssüm” rəqs qrupunun istedadlı üzvləri bu günlərdə Türkiyədən qayıtmışlar. Balaca rəqqaslar Bursa şəhərində təşkil olunmuş 33-cü Beynəlxalq uşaq festivalında ölkəmizi layiqincə təmsil etmişlər. İnanırıq ki, balaca artistlərimiz bu dəfə də Vətənə uğurlu nəticələrlə dönəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]