TƏBİB: Tibb müəssisələrində cihazlar FHN-in müəyyən etdiyi tələblərə uyğun istifadə edilir
Bakı, 23 fevral, AZƏRTAC
Tibdə istifadə olunan diaqnostik cihazların hamısı ionlaşdırıcı şüa mənbəyi sayılmır. İonlaşdırıcı şüa mənbəyi sayılan cihazların istifadəsinə isə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən nəzarət olunur.
AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hər bir tibb müəssisəsi cihazları FHN-in müəyyən etdiyi tələblərə uyğun istifadə edir. Bu məsələdə tibb müəssisəsinin məsuliyyəti isə diaqnostik müayinələrin düzgün aparılmasından və yalnız zəruri hallarda təyin olunmasından ibarətdir.
TƏBİB-in tibb müəssisələrində Azərbaycan Respublikasında qəbul olunmuş protokollar, eyni zamanda, beynəlxalq səhiyyə təşkilatlarının tibbi protokolları əsasında müayinələr aparılır.
Tibb işçiləri radiasiyanın təsirini azalda bilmək üçün əlavə diaqnostik müayinənin lazımlı olmadığı hallarda bu cür cihazlarla müayinə təyin etmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]