Təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması ilə bağlı məsələlər müzakirə edilib.
Tədbirdə istehlakçıların mənafelərinə xələl gətirən hərəkətlərin qarşısının alınması, təbii inhisar subyektləri ilə istehlakçılar arasında münasibətlərin optimallaşdırılması məqsədilə Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinə nəzarətin həyata keçirildiyi vurğulanıb, təbii inhisar subyektləri tərəfindən təqdim edilən sənədlərə dair tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]