TƏDBİRLƏR PLANININ İCRASINA BAŞLANMIŞDIR
Yol hərəkəti qaydalarının tələblərinin pozulmasına görə inzibati cəza tədbirlərinin gücləndirilməsi barədə təkliflər, Bakı şəhərinin küçə və prospektlərində çatışmayan, köhnəlmiş yol nişanlarının siyahısı, o cümlədən dayanma-durmanı qadağan edən yol nişanlarının quraşdırılması vacib olan yerlərin müəyyən edilməsi məqsədi ilə şəhərin ərazisinə baxış keçirilmiş və müvafiq arayış tərtib edilərək aidiyyəti təşkilatlara göndərilmişdir. Hazırda Bakı şəhərinin küçə və yollarında çoxlu sayda yol nişanı qoyulmuş, əlavə 1800 müxtəlif təyinatlı yol nişanı da quraşdırılacaqdır.
Şəhərin mərkəzi hissəsinə xüsusi təyinatlı nəqliyyat vasitələrindən başqa yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin hərəkətinə saat 08.00-dan 21.00-a kimi məhdudiyyət qoyulmuş, bu məqsədlə müvafiq yerlərdə yol nişanları asılmışdır. Eləcə də saat 21.00-dan 08.00-a kimi yük avtomaşınları tərəfindən “yük avtomobillərinin girişi qadağandır” yol nişanının tələbinə əməl etməyən sürücülərə qarşı mütəmadi olaraq mübarizə aparılır. Fevralın 1-dən martın 10-a kimi qeyd olunan bəndin tələblərini pozan 2981 sürücü aşkarlanaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]