Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsil İnstitutu xarici dil tədrisində islahatlar təklif edir

Təhsil İnstitutu xarici dil tədrisində islahatlar təklif edir

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumtəhsil müəssisələrində xarici dil tədrisinə dair islahat təklifləri ilə çıxış edib. Təkliflər ARTİ-nin müvafiq şöbələrinin birgə araşdırmalarından və Elmi şurada müzakirələrdən sonra formalaşıb. Məzmun islahatı ümumi təhsildə bir çox problemlərin həllini inteqrativ və sistemli şəkildə tələb edir. Məzmunun yenilənməsi ilə bağlı Təhsil İnstitutu hazırda Sinqapurun “Alston” nəşriyyat evi və Marşel Kavendiş İnstitutu ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində yuxarı siniflər üçün təbiət fənləri, ibtidai siniflər üçün həyat bilgisi fənninin və bütün səviyyələr üzrə riyaziyyat fənninin həm təhsil proqramlarının, həm də dərslik komplektlərinin təkmilləşdirilməsi prosesi davam etdirilir. Bacarıq əsaslı təhsilə keçiddə islahatların davamı kimi xarici dil tədrisinin köklü şəkildə dəyişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ARTİ-nin direktoru Rüfət Əzizovun məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, müasir dünyamızda ikinci dili bilmək olduqca vacib tələbdir. Xüsusilə də dünyada geniş yayılmış dilləri ikinci dil olaraq öyrənmək şəxsi inkişaf, karyera, əlavə bilik əldə etmə və s. kimi şansları artırır. Beynəlxalq ünsiyyət dili olan ingilis dilini öyrənmək hobbidən daha çox zərurət halını alıb. Birdən çox dil bilmək yaşadığımız “informasiya dünyasında” çox məlumat əldə etmək baxımından əhəmiyyətlidir. Bu baxımdan ikidilli (bilinqual) və çoxdilli (multilinqual) səriştəlilik anlayışları meydana çıxır. Bu mövzuda aparılan araşdırmalar təsdiqləmişdir ki, birdən çox dil bilən insanların hissləri daha açıqdır. Çox dil bilən insanlar emosiyalardan daha çox məntiqi düşüncədən istifadə edirlər. Bu, onlara həm də məntiqi sualları təhliletmə və cavablandırma, çoxlu tapşırıq, qərarvermə və tətbiq bacarıqlarını mükəmməl şəkildə nümayiş etdirməyə imkan verir. Unutmamaq lazımdır ki, ikinci və ya bir neçə dil öyrənmək ana dilini öyrənmək zərurəti ilə qarşılaşdırıla bilməz. Burada ana dilini mükəmməl bilmək zərurəti ilə digər hər hansı xarici dili öyrənmək ehtiyacı eyni səviyyədə əhəmiyyətlidir.

Ölkədə ümumi təhsil məktəblərində xarici dil (əsasən ingilis dili) 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur, lakin məzun olanların çoxu tədris aldıqları xarici dildə fikirlərini rahat şəkildə ifadə edə bilmir. Ən bariz reallıqlardan biri budur ki, hazırda ümumtəhsil məktəblərində tədris olunan xarici dillər (ingilis, fransız, alman və rus) ali məktəblərə qəbul və buraxılış imtahanlarında yüksək nəticə göstərmək ehtiyacı üçün maraq dairəsindədir. Bu istiqamətdə isə təəssüf ki, uzun müddətdir dil öyrənməkdən daha çox dil qaydaları öyrədilir. Bu isə insanın təbii dil öyrənmə qabiliyyəti ilə uzlaşmır.

Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi (CEFR) fərqli ölkələrdən olan tələbələrin dil biliklərini müqayisə etmək imkanı yaradır. CEFR-in təqdim etdiyi sistem əsasında xarici dili mənimsəyən şagirdlər beynəlxalq dil biliklərini yoxlayan qiymətləndirmələrdə asanlıqla yüksək nəticə göstərirlər.

Məzmun dəyişikliyi. Dil öyrənmə səriştəliliyini artırmaq üçün standartlar və məzmunda ciddi dəyişikliyə ehtiyac var. Standartlar və məzmun dəyişməzsə, tədris saatlarının artırılmasının faydası olmayacağını düşünürük. Ümumi təhsil məktəblərində tədris edilən xarici dil fənninin təkmilləşdirilməsi və şagirdlərin tələblərinin qarşılanması üçün xarici dil fənninin CEFR beynəlxalq standartına uyğunlaşdırılmasını təklif edirik. Bu standart dil qabiliyyətini yeni başlayanlar üçün A1-dən, dili tam mənimsəyənlər üçün C2-yə qədər altı ballıq bir sistemdən ibarətdir. Bu, müəllimlər və ya öyrənənlər kimi dil tədrisi və testi ilə məşğul olan hər kəsin fərqli dil səviyyəsi seçimini asanlaşdırır. Hazırda Avropa İttifaqı ölkələri daxil olmaqla, Çin, Vyetnam, Meksika, Özbəkistan, Yaponiya və Kanada ümumtəhsil məktəblərində xarici dil tədrisini CEFR standartlarına uyğunlaşdırıb. Avropa ölkələrində tədris proqramları yaratmaq, eyni zamanda, fərqli dillərdə tədris kitabları yazmaq üçün CEFR çox vacibdir. Bu baxımdan CEFR Avropada milli kurikulumların təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir. CEFR fərqli ölkələrdən olan tələbələrin dil biliklərini müqayisə etmək imkanı yaradır. CEFR-in təqdim etdiyi sistem əsasında xarici dili mənimsəyən şagirdlər beynəlxalq dil biliklərini yoxlayan qiymətləndirmələrdə asanlıqla yüksək nəticə göstərirlər. Bu standarta əsasən dil bacarıqlarını mənimsəmiş şagirdlər aşağıdakı dil biliklərini test edən və təsdiqləyən imtahanlara hazırlıqlı olurlar: ingilis dili (TOEIC, TOEFL və IELTS), fransız dili (DELF və DALF), italyan dili (CELI, CILS və ya PLIDA), ispan dili (DELE), alman dili (TestDaF).

CEFR-in mərkəzində ünsiyyət dayanır və bu çərçivə sənədi hər bir xarici dilin daha kommunikativ tədris edilməsinə təşviq edir. Bu səbəbdən hər bir dil bacarığını qiymətləndirilməsi imtahanında “yazmaq”, “oxumaq”, “dinləmək” və əlbəttə, “danışmaq” kimi dörd məzmun var və CEFR bu 4 məzmunun balanslı və sistemli şəkildə şagirdlərin ehtiyacına uyğun tədris edilməsini təmin edir. Bildiyiniz kimi, hər bir ölkədə fərqli təhsil sistemi mövcuddur və CEFR bu fərqli sistemlərin yaratdığı baryerləri aradan qaldırır və xarici dil üçün nəzərdə tutulan standartları tək ümumi bir standart olaraq müəyyən edir. Avropa ölkələri ilə yanaşı bir çox ölkələrdə xarici dilin tədrisi üçün istifadə edildiyinə görə ümumtəhsil məktəblərində xarici dil üçün dərsliklərin hazırlanması və dərs saatlarının müəyyən edilməsini asanlaşdırır. Bu, ona imkan verir ki, digər ölkələr də bir-birinə yaxın dərsliklərdən və qiymətləndirmə metodlarından istifadə edə bilsin. CEFR sistemini əsas götürərək hazırlanan dərslik komplektlərindən başqa bu sistemi istifadə edən digər ölkələrin e-resurslarından asanlıqla istifadə etmək olar. Bu da dilin tədrisini asanlaşdırmağa və müəllimlərin peşəkar inkişafına müsbət təsir edər.

ARTİ: Xarici dil təmayüllü siniflər və gimnaziyaların yaradılması əhəmiyyətli həll yolu kimi təklif olunur. 5-10 faiz məktəblərdə gələcək 5 ildə xarici dilin intensiv tədrisinin təşkili hədəf olaraq təklif olunur.

Tədris saatlarının artırılması. Mövcud tədris planında ibtidai siniflərdə həftədə cəmi bir dəfə xarici dil keçirilir. Nəzərə alsaq ki, bu yaş dövrü dil öyrənilməsi üçün ən uyğun vaxtdır, xarici dilə ayrılan saatların 1-2 saat artırılması məqsədəuyğun olardı. Dərsdənkənar məşğələlərdə xarici dildə sistemli tədbirlərin təşkili şagirdlərdə xarici dilə marağı artırmağa, xarici dildə nitq bacarıqlarının inkişaf etdirilməsinin davamlılığına nail olmağa imkan yarada bilər. Xarici dil təmayüllü siniflər və gimnaziyaların yaradılması da problemin əhəmiyyətli həll yollarından biridir. 5-10 faiz məktəblərdə gələcək 5 ildə xarici dilin intensiv tədrisinin təşkili hədəf olaraq təklif olunur.

Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır.

Müəllim hazırlığı. Müəllim hazırlığı xarici dillərin öyrədilməsində ən vacib amillərdən biridir. Etiraf etmək lazımdır ki, bu sahədə müəllimlərin səviyyəsi qənaətbəxş deyil. Müəllim tədris etdiyi dildə tam sərbəst danışa bilmirsə, kommunikasiya qura bilmirsə, həmin müəllimdən dərsi kommunikativ keçməyi necə tələb etmək olar? Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Azərbaycanda xarici dil tədris edən müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır. Müəllim xarici dil dərsində motiv yaratmalıdır. Dərs mühiti monoton olmamalı, bir metoddan istifadə olunmaqla keçirilməməlidir. Bu da sübut olunub ki, istənilən dərs prosesində şagirdin diqqəti 8-10 dəqiqədən sonra yayınır. Şagirdlərdə maraq oyatmaq məqsədilə bir neçə dəqiqədən sonra fəaliyyət növünü dəyişərək digərinə keçmək zəruridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bu saata olan əsas xəbərlər

Donald Tramp: Fransa yanır, immiqrasiya ölkəni dağıdır

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir

“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanın müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib