ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ ETMİŞDİR
Təhsil Nazirliyi elm şöbəsinin müdiri, fizika–riyaziyyat elmləri doktoru Asəf Zamanov Latviyanın Yurmala şəhərindən ezamiyyətdən qayıtmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, A.Zamanov orada ABŞ, Almaniya, Azərbaycan, Latviya, Estoniya, Rusiya, Yaponiya, Türkiyə və digər ölkə alimlərinin iştirakı ilə keçirilən kompozit materiallar mexanikası üzrə XIV beynəlxalq konfransda məruzə söyləmiş və elmi bölmələrdən birinin işinə sədrlik etmişdir.
Beynəlxalq konfransın Elmi Proqram Komitəsinin qərarına əsasən, onun məruzəsi “Kompozit materiallar mexanikası” beynəlxalq elmi jurnalında dərc ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]