TƏLƏBƏLƏR ARASINDA SOSİOLOJİ SORĞU KEÇİRİLƏCƏK
Gənclərin Problemlərini Öyrənmə Mərkəzinin mütəxəssisləri payızda ölkənin ali məktəblərinin tələbələri arasında keçiriləcək sosioloji sorğunun suallarını hazırlayırlar. Anketə gənclərin asudə vaxtı, siyasi fəallığı, qarşıdakı prezident seçkilərinə münasibəti barədə 35 sual daxil ediləcəkdir. Sorğunun yekunları Gənclər, İdman və Turizm Nazirliyinə təqdim olunacaqdır.