Tələbələr Çin incəsənəti ilə bağlı inşa müsabiqəsinə dəvət olunurlar
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Çin incəsənətində Çin Xalq Respublikasının Yaranması Günü” mövzusunda inşa müsabiqəsinə dəvət edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümünə həsr olunub. Müsabiqəyə Azərbaycan, Çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir.
İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. İnşalar qiymətləndirilərkən Çin dili biliyinin səviyyəsi də nəzərə alınacaq. Müsabiqə iştirakçılarının işləri oktyabr ayının 30-dək [email protected] elektron poçt ünvanında qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək, Çin siyasi tarixinə marağı dəstəkləməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:30]
Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO
- 01.10.2026 [10:53]