Tələbələr Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Bakı, 17 may, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzinə 2 saylı Bakı Baza Tibb kolleci və Azərbaycan Dövlət Pedaqoji kollecinin tələbələrinin ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tələbələr mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Tələbələr Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.