Tələbələrə Radiasiya Problemləri İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verilib
Bakı, 19 noyabr, AZƏRTAC
Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qarşılıqlı əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi müəssisədə aparılan elmi-tədqiqat işləri haqqında tələbələrə geniş məlumat verib.
Tələbələr, həmçinin institutun laboratoriyaları ilə tanış olublar.