ELM VƏ TƏHSİL
Teledərslərin cədvəli müəyyənləşdirilib
Bakı, 11 may, AZƏRTAC
“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 12-i üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.