“Təmiz Şəhər” ASC 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). “Təmiz Şəhər” ASC xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışmışdır. Bildirmişdir ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Daha sonra çıxış edən Siyasi araşdırmalar institutunun direktoru Elman Nəsirov 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş və 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]