Tənha yaşayan 78 yaşlı vətəndaşa sosial xidmət göstərilib
Bakı, 13 aprel, AZƏRTAC
Məlum olduğu kimi, martın 24-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər göstərir.
AZƏRTAC xəbər verir ki, aprelin 13-də DOST Agentliyinin könüllüləri 78 yaşlı, tənha yaşayan Zemfira İsayevanın evində olub, ona lazımi kömək göstəriblər.
Qeyd edək ki, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətlərin təmin olunması işlərində DOST Agentliyinin könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər. Belə ki, tənha yaşayan yaşlı insanlara yardım edilir, onlara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. kömək göstərilir.