Tennisçi Rafael Nadal ikiqat Olimpiya çempionu olub
Bakı, 13 avqust, AZƏRTAC
İspaniyalı tennisçilər Rafael Nadal və Mark Lopes “Rio-2016” Yay Olimpiya Oyunlarında cütlüklərin yarışında qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, final görüşündə Rafael Nadal - Mark Lopes cütlüyü rumıniyalı Florin Merqya - Xori Teçeu duetindən üstün olub - 6:2, 3:6, 6:4.
İki saat 26 dəqiqə davam edən görüşdə ispaniyalı tennisçilər cəmi 1 dəfə ikili səhv ediblər.
Beləliklə, R.Nadal ikinci Olimpiya çempionluğuna sevinib. Tennisçi ilk qızıl medalını 2008-ci ildə Pekində təşkil olunan Olimpiya Oyunlarında şəxsi yarışlarda qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]