TERRİ DEVİS REGİONA SƏFƏRİ ZAMANI DAĞLIQ QARABAĞA GETMƏYƏCƏK
Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi Terri Devis yaxın vaxtlarda Ermənistana və Azərbaycana səfər edəcəkdir. Amma o, Dağlıq Qarabağa getməyəcəkdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Terri Devislə görüşləri zamanı məruzəçi Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə Bakıda, erməni icmasının üzvləri ilə isə Yerevanda görüşəcəyini demişdir. Ermənilərin bütün təzyiqlərinə baxmayaraq, Terri Devis bu cür qərar qəbul etməklə, əslində, öz obyektivliyini nümayiş etdirmişdir. Ona görə ki, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan tanınır, Dağlıq Qarabağ isə bu münaqişənin subyekti deyildir. Bu baxımdan da Terri Devisin erməni və azərbaycanlı icmaları ilə münaqişə subyektləri ərazisində görüşmək qərarı təqdirəlayiqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]