Tərtər Rayon Polis Şöbəsinin şəxsi heyəti qanvermə aksiyasında fəal iştirak ediblər
Bakı, 25 sentyabr, AZƏRTAC
Tərtər Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları aksiyada fəallıq göstərib və xəstəlikdən əziyyət çəkən insanlara könüllü qanvermənin xeyirxah iş olduğunu bildiriblər. Onlar belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, hər kəsi qanvermədə iştirak etməyə səsləyiblər.
Aksiyada yığılan qan ehtiyatı xəstə insanların müalicəsində istifadə olunacaq.