TƏRTƏR RAYONUNUN TƏBİİ QAZLA TƏMİNATI YAXŞILAŞIR
AZƏRTAC xəbər verir ki, Tərtər rayonunda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq üçün mühüm işlər görülür.
Bu günə qədər şəhərin 52 küçəsində 3843 yaşayış evi qazlaşdırılmışdır. Bu proses rayonun kəndlərini də əhatə edir. Sarıcalı, Zolgəran, Buruc və Ələsgərli kəndlərinə 33715 kilometrlik qaz xətti çəkilmişdir. On səkkiz kommunal və büdcə, 5 sənaye, 54 qeyri-hökumət təşkilatına da təbii qaz verilmişdir.
2009-2013-cü illərin planına əsasən, rayonun Səhləbad, Əskipara, İrəvanlı, Soyulan, Hacıqərvənd, Seydimli və daha 10 kəndinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Hazırda qazlaşma işləri davam etdirilən Güləbatlı, Bayandur və Yenikənd kəndlərinə, şəhərin Mehdi Hüseynzadə küçəsinə ilin sonunadək təbii qaz verilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]