Tərtərdə faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir
Tərtər, 9 may (AZƏRTAC). Tərtərdə faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir. Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olmuş tərtərlilərin abidə kompleksi önünə əklil və çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, onun müavini Vidadi Bəylərov, hərbi komissar Rza Rüstəmov və başqaları müharibə veteranlarını Qələbə bayramı münasibətilə təbrik etmiş, 1941-1945-ci illər müharibəsi, azərbaycanlıların müharibədə iştirakı və faşizm üzərində qələbənin qazanılmasında rolu barədə danışmışlar. Hazırda ölkəmizdə müharibə veteranlarına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini deyən natiqlər bildirmişlər ki, məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faşizm üzərində Qələbə günü Azərbaycanda yenidən əlamətdar tarixi gün kimi qeyd olunmağa başlanmışdır.
Müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərova çernobıl iştirakçılarına göstərdiyi qayğıya görə Azərbaycan Çernobl Əlilləri İttifaqının diplomu təqdim edilmişdir.
Tədbirin sonunda müharibə veteranlarına rayon icra hakimiyyəti tərəfindən hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]