Tərtərdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir
Tərtər, 9 may (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov və təşkilatın Gənclər Birliyinin sədri Yadigar Səfərov ulu öndərin gənclərə göstərdiyi qayğıdan, gənclərlə iş sahəsində aparılan dövlət siyasətinin əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan imkan və şəraitdən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]