Tərtərdə qanvermə aksiyası keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tərtərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilib.
Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib. Aksiyada ümumilikdə 242 nəfər qan verib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.