TƏRTƏRDƏ YENİ POÇT ŞÖBƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Tərtər rayonunun Əksipara kəndində yeni poçt şöbəsi tikilib istifadəyə verilmişdir. Şöbə müasir avadanlıqla təchiz olunmuşdur. Rayon telekommunikasiya qovşağından bildirmişlər ki, bir neçə kəndin poçt şöbəsi cari və əsaslı təmir olunmuş, rayon şöbəsində isə yenidənqurma işləri aparılmışdır. Rayonun bütün poçt şöbələrində beynəlxalq və şəhərlərarası telefon xidmətləri təşkil edilmişdir.