Texas ştatında atəş açılması nəticəsində bir nəfər həlak olub, daha doqquz nəfər yaralanıb
Vaşinqton, 1 noyabr, AZƏRTAC
Texasın şərqində Hellouin bayramına həsr edilmiş məclisdə atəş açılması nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Texas sərhədində, Dallasdan təqribən 290 kilometr şərqdə yerləşən Teksarkan şəhərində əyləncəli tədbirlər keçirilən mərkəzdə baş verib. Polisin məlumatına görə, hadisə zamanı binada azı 200 nəfər olub. Yaralanmış 10 nəfər müalicə olunmaq üçün iki xəstəxanaya müraciət edib.
Sonradan bu xəstəxanaların birindən verilən məlumata görə, 20 yaşlı kişi ölüb. Ölən şəxsin adı bildirilmir. Polisin məlumatına görə, digər 9 nəfərin həyatı üçün təhlükə yoxdur. Atəş açmaqda şübhə doğuran şəxs markası və nömrəsi hələlik müəyyən edilməmiş avtomobilə minərək hadisə yerindən qaçıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]