Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmində artım müşahidə edilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 6 milyard 399,6 milyon manat təşkil etmişdir. Bunun 66,4 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 17,7 faizi əsaslı təmir, 2,9 faizi cari təmir, 13 faizi isə digər tikinti işlərinin payına düşür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ümumi inşaat işlərinin 79,5 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]