Tofiq Musayev: Rəqibin kimliyi önəmli deyil, özümə güvənirəm
Bakı, 19 oktyabr, AZƏRTAC
“Turnirin startına çox az vaxt qalıb. Demək olar ki, ağır məşqlərimiz yekunlaşıb. Təmkinli olmalı və yaxşı döyüş nümayiş etdirməliyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev "Qəbələ" İdman Klubu ilə yeni müqavilənin imzalanma mərasimində Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turniri ilə bağlı danışarkən deyib.
34 yaşlı idmançı bildirib ki, yarışda ölkəni layiqincə təmsil etmək üçün əlindən gələni edəcək: “Çünki Vətənimizdə vuruşacağıq. Məsuliyyət böyükdür. Rəqibim Toji Takeda yüksək potensiala malikdir. Maraqlı döyüş olacağını düşünürəm”.
O, əvvəlcə braziliyalı döyüşçü ilə vuruşmaq istədiyini, amma idmançının aldığı zədə səbəbindən bunun reallaşmadığını vurğulayıb: “Buna görə də mənə yaponiyalı Toji Takeda ilə döyüşməyi təklif etdilər. Rəqibin kimliyi mənim üçün önəmli deyil. Kiminlə döyüşməyimin heç bir fərqi yoxdur. Hər iki halda özümə güvənim tamdır”.
Qeyd edək ki, “Landmark 7” turniri noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]