“Tokio-2020”nin Təşkilat Komitəsinin yeni rəhbərinin seçilməsi üçün xüsusi şuranın ilk iclası keçiriləcək
Bakı, 16 fevral, AZƏRTAC
Yoşiro Morinin istefasından sonra Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin yeni rəhbərinin seçilməsi üçün xüsusi şuranın bu gün ilk iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Kişilər və qadınların bərabər sayda təmsil olunduğu şura əsasən, idmançılar olan səkkiz nəfərdən ibarətdir. Agentliyin qeyd etdiyi kimi, əsas namizədlərdən biri Yaponiya Olimpiya və Paralimpiya məsələləri naziri xanım Seyko Haşimotodur.
Xatırladaq ki, ötən həftə yarışlara hazırlıqla bağlı təşkil edilən iclasların birində Y.Mori belə müzakirələrdə qadınların həddindən artıq çox danışdığını və nəticədə bunun böyük vaxt itkisinə səbəb olduğunu bildirib. Onun bu fikri həm ölkə daxilində, həm də xaricdə çox böyük tənqidə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]