Tokioda İmperator kortecinin yürüşünün məşqi keçirilib
Tokio, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Yaponiya polisi və hökumət məmurları oktyabrın 22-nə planlaşdırılan İmperator Naruhitonun taxta çıxması mərasimindən sonra keçiriləcək paradın məşqində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Tokio şəhər Polis İdarəsinin əməkdaşları və Nazirlər Kabinetinin üzvləri bir saat ərzində kortecin hərəkətini məşq ediblər. Yürüşün keçdiyi marşrut üzrə küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.
Polis motosikillərinin də daxil olduğu 50 avtomobildən ibarət kortec asta sürətlə küçənin sağ tərəfi boyunca hərəkət edib.
Parad İmperator sarayından başlayaraq, 4,6 kilometr yolu qət etməklə Akasaka sarayında başa çatacaq.
“Toyota” şirkəti tərəfindən məxsusi olaraq bu yürüş üçün hazırlanmış üzəri açıq, xrizantem çiçəkləri emblemi və Yaponiyanın bayrağı ilə bəzədilmiş kadillak məşq zamanı istifadə edilməyib.
Küçəboyu quraşdırılmış maneələr və polis tamaşaçıların təhlükəsizliyini təmin edib.
Məşq zamanı kortecin sürəti və hər bir nəqliyyat vasitəsi arasındakı məsafə yoxlanılıb. Polisin bildirdiyinə görə, paradın rahat keçməsi üçün lazım olan bütün tədbirlər görülür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron İstehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]