“Topaz” məntəqəsindən oğurluq edən şəxs saxlanılıb
Bakı, 10 mart, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
DİN mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Həmin məntəqədən 85 manat pul, 6 televizor, 2 noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum edilən Elçin Rəşidov olduğu müəyyənləşib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]