Topaz Premyer Liqası: “Neftçi” çempion “Qarabağ”ı məğlub edib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da futbol üzrə Topaz Premyer Liqasının XXVI turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Qarabağ” klubu öz meydanında “Neftçi” komandası ilə qarşılaşıb.
Azərbaycan futbolunun flaqmanı çempionluğu təmin etmiş “Qarabağ”ı minimal hesabla (1:0) məğlub edib. Oyunun yeganə qolunu 36-cı dəqiqədə Rəhman Hacıyev vurub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən matçda hər iki komanda bir sıra real qol vəziyyətləri yaratsa da, hesabı artırmaq mümkün olmayıb.
Beləliklə, bu qələbədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” dördüncü pillədə qərarlaşıb.
Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 46 xalla ikinci, “Sumqayıt” və “Neftçi” komandaları isə 40 xalla üçüncü və dördüncü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
- 18.09.2026 [18:28]
Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib
- 18.09.2026 [17:19]
Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb
- 18.09.2026 [17:00]
“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib
- 18.09.2026 [16:37]
“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb
- 18.09.2026 [15:52]
“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb
- 18.09.2026 [14:40]