ELM VƏ TƏHSİL
TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTUNUN LAYİHƏSİ NATO-NUN QRANTINA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca landşaftların karbohidrogenlərlə çirklənməsinə qarşı dayanıqlığının sistemli analizi” layihəsi NATO-nun qrantına layiq görülmüşdür. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Türkiyənin Adana Universiteti və Gürcüstanın Kənd Təsərrüfatı Akademiyasının birgə həyata keçirdiyi bu layihə Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca torpaqların strukturu, enerji-kütlə axınları, mikrobioloji və başqa ekoloji amillərinin öyrənilməsi nəticəsində ətraf mühitin neft məhsulları ilə çirklənmə dərəcəsinin proqnozuna həsr edilmişdir.