“TOSHİBA” VƏ AZEL ŞİRKƏTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI
AZEL-in prezidenti İqor Yakovenko mətbuat konfransını açaraq, “Toshiba”nın dünyanın 100-dən çox ölkəsində ofisi, filialları, 160 min işçisi olduğunu, 5 ölkədə bu şirkətin texnikasının yeganə distribüteri vəzifəsini yerinə yetirdiklərini xatırlatdı. “Toshiba”nın 20 il əvvəl istehsalına başladığı noutbukların satışının da ildən-ilə artdığını, istehlak bazarının genişləndiyini, brendin markasının yüksəldilməsinə, müsbət imicinin formalaşdırılmasına yönəldilmiş bir sıra əlavə tədbirlərin işlənib hazırlandığını bildirdi, 130 yaşı tamam olan tərəfdaşlarını əlamətdar yubiley münasibətilə təbrik etdi.
“Toshiba”nın meneceri İqor Snıtko təmsil etdiyi şirkətin bütün dünyada informasiya texnologiyaları sahəsində ən məşhur transmilli kampaniyaya çevrildiyini, 1985-ci ildən başlayaraq ilk portativ kompüterin istehsalçısı olduqlarını, indiyədək 37 milyon ədəd belə kompüter satıldığını, keçmiş MDB məkanında, o cümlədən Azərbaycanda bu məhsula tələbatın çoxaldığını vurğuladı. Servis xidmətinin, texnika ilə təchizatın, korporativ sifarişlərin operativ yerinə yetirilməsi, eləcə də “Lazer” markalı məhsulların hazırlanmasını təşkil etməkdən ötrü respublikamızda AZEL ilə işləyən ayrıca mütəxəssislər qrupunun ayrıldığını bildirdi.
Sonra şirkətin məhsullarının texniki imkanları nümayiş etdirildi, jurnalistləri maraqlandıran suallara cavab verildi.