TQDK növbəti sınaq imtahanı keçirmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 17-də respublikanın 29 şəhərində sınaq imtahanı keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə yaradılmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmışdır.
İmtahan təlimata uyğun keçirilmiş, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılmışdır. Həftə ərzində nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda Azercell şirkəti ilə yanaşı, Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]