Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Vaşinqton, 25 aprel, AZƏRTAC
“Rusiya və Ukrayna arasında ümumi Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, gələcəkdə bununla bağlı uğur əldə olunacaq.
Tramp eyni zamanda Volodimir Zelenskinin ABŞ ilə nadir minerallara dair yekun sənədləri imzalamadığını da qeyd edərək bunun üçün artıq azı üç həftə gecikdiklərini əlavə edib. O müqavilənin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]