Tramp: Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq heç bir addım atmaq istəmirəm
Vaşinqton, 19 oktyabr, AZƏRTAC
Rusiya ilə bağlı qərarım çox sadədir. Mən Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün sülh danışıqları aparıram və Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq düşünülməmiş heç bir addım atmaq istəmirəm.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial hesabında paylaşımında bildirib.
Trampın sözlərinə görə, sülh danışıqlarında böyük irəliləyiş əldə olunur və bu, hazırda girovlarla bağlı aparılan danışıqlara da aiddir.
ABŞ Prezidenti qeyd edib ki, sanksiya sənədinin hazırda imzalanması Rusiyanın danışıqlar masasından uzaqlaşmasına səbəb ola bilər. O, həmin sənədi daha sonra, istədiyi vaxt imzalaya biləcəyini vurğulayıb.
Tramp, həmçinin Rusiyanın İrana imkanları ilə müqayisədə çox az yardım etdiyini və Vaşinqtonun bu vəziyyətin neqativ şəkildə dəyişməsini istəmədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
- 27.10.2026 [10:21]
BMT: Münaqişə və müharibələrdə hər gün təqribən 25 qadın və qız öldürülür
- 27.10.2026 [08:50]
Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]
UKMTO: İraq sahillərində tankerdə yanğın baş verib
- 26.10.2026 [23:27]
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub
- 26.10.2026 [22:30]
Xarkova hava zərbələri endirilib, ölənlər var
- 26.10.2026 [22:08]