Tretyakov Qalereyasında görkəmli rəssam Tahir Salahovun sərgisi açılıb
Moskva, 2 noyabr, AZƏRTAC
Rusiya Dövlət Tretyakov Qalereyasında SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi görkəmli rəssamın doğum gününə həsr olunub. Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrında çəkilmiş 11 əsəri təqdim olunur. Ekspozisiyanı rəssamın məşhur “Qladioluslar”, eləcə də “Qara Qarayevin portreti” əsərləri açır.
Sərgi 2022-ci il yanvarın 22-dək davam edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva