Turizm və Menecment Universiteti beynəlxalq təhsil imkanlarının genişləndirilməsində maraqlıdır
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və İtaliya Respublikasının Romualdo del Bianko Fondu arasındakı əməkdaşlıq mexanizmi gündən-günə möhkəmlənir. Romualdo del Bianko Fondunun təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə hər zaman ATMU-nun təmsilçilik hüququ diqqətdə saxlanılır.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, Romualdo del Bianko Fondu tərəfindən bu il noyabrın ortalarında təşkil edilən onlayn tədbirə ali məktəbin tələbələri “Şuşa - Azərbaycanın mədəni irsinin simvolu” adlı təqdimatla qatılılar. Beynəlxalq tədbir iştirakçıları tələbələrin toplayıb hazırladıqları məlumatlar əsasında Şuşa şəhərinin tarixi, turizm potensialı, mədəni irsi və görməli yerləri ilə qiyabi tanış olmaq imkanı qazanıblar.
Qeyd edək ki, ATMU tələbələrinin beynəlxalq tədbirdə “Şuşa - Azərbaycanın mədəni irsinin simvolu” adlı təqdimatı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənib.