SİYASƏT
Türk deputat: İslamofobiyaya qarşı mübarizə üçün Türk dünyasının birgə əməkdaşlığı vacibdir
![Türk deputat: İslamofobiyaya qarşı mübarizə üçün Türk dünyasının birgə əməkdaşlığı vacibdir](/files/2023/3/1200x630/17005689952937212602_1200x630.jpg)
Bakı, 21 noyabr, AZƏRTAC
Hazırda Şərq dövlətləri inkişaf etməkdədir. Buna zəmin yaradan bir neçə amil var. Belə ki, ortaq tarix və dil, əhalinin artan sayı birgə əməkdaşlığı inkişaf etdirən əsas məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Osman Mesten Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, qlobal imperializmə, eyni zamanda, islamofobiyaya qarşı mübarizə üçün Türk dünyasının birgə əməkdaşlığı vacibdir.