Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO
Şuşa, 8 sentyabr, AZƏRTAC
Çox şükür, əsas arzumuz olan Şuşanı ziyarət etmək nəsib oldu. Şuşa savaşın ən rəmzi məkanlarından biridir. Qəhrəman Azərbaycan əsgərləri sıldırımlara dırmaşaraq düşməni məğlub edib işğal altındakı torpaqları azadlığa qovuşdurublar. Bu, Türk dünyasının və müsəlmanların şərəfi, zəfəridir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən Türkiyə din xadimi Güven Dumanlı deyib.
“Şuşa tarixi, şairləri, ədibləri, alimləri və məscidləri ilə zəngin mədəniyyətin qovuşduğu, çox qədim və müqəddəs bir şəhərdir. Bura dahilər şəhəridir. Səfər zamanı məscidləri də ziyarət etdik. Şuşa hər türkün mütləq görməli olduğu yerlərdən biridir. Mən Türkiyədəki bütün qardaşlarıma da deyirəm: Çanaqqala bizim üçün nədirsə, Qarabağ da odur. Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir”, – deyə Güven Dumanlı bildirib.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [21:51]
Gürcüstanlı din xadimi: Şuşaya səfər mənə zəngin təəssürat bəxş etdi
- 08.09.2026 [19:10]